Avropa kuboku: "Vüqar Həşimov" komandası bürünc medal qazandı

11:45 25 Sentyabr 2021

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

 

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.


Digər xəbərlər

Xəbər xətti