Dadaşovlu "Şalke"dən heç-heçə

11:54 26 Sentyabr 2021

Almaniyanın Qərb Regional Liqasında 9-cu turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke” doğma meydanda “Ştralen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı hücumçu 90-cı dəqiqəqə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, “Şalke 2” 11 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti