İtaliya çempionatı: “Yuventus”la “Napoli” qalib gəldi, derbini “Latsio” qazandı - VİDEO

10:52 27 Sentyabr 2021

Futbol üzrə İtaliya A Seriyasında 6-cı turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.
 
“Sassuolo” “Salernitana”nı, “Empoli” isə “Bolonya”nı məğlub yola salıb. Səfərdə “Udineze” ilə qarşılaşan “Fiorentina” 3 xalı tək qolla qazanıb.
 
Lider “Napoli” bu turda “Kalyari”ni qəbul edib və ardıcıl 6-cı qələbəsini qazanıb. “Yuventus” “Sampdoriya”nı sınağa çəkib. Turin təmsilçisi də turu qələbə ilə başa vurub.
 
Turun mərkəzi görüşü paytaxt Romada baş tutub. “Latsio” “Olimpiko” stadionunda əzəli rəqibi “Roma” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyun “Latsio”nun qələbəsiylə yekunlaşıb.
 
İtaliya A Seriyası
6-cı tur
25 sentyabr
 
Spetsiya – Milan 1:2
Qol: Verde, 80 – Maldini, 48. B.Dias, 86.
 
İnter – Atalanta 2:2
Qol: L.Martines, 5. Dzeko, 71 – Malinovski, 30. Toloy, 38.
 
Cenoa – Verona 3:3
Qol: Krişito, 77; 80. Destro, 85 – Simeone, 8. Barak, 49. Kaliniç, 90+1.
 
26 sentyabr
 
Yuventus – Sampdoriya 3:2
Qol: Dibala, 10. Bonuççi, 43-pen. Lokatelli, 57 – Yoşida, 44. Kandreva, 83.
 
Sassuolo – Salernitana 1:0
Qol: Berardi, 54.
 
Udineze – Fiorentina 0:1
Qol: Vlahoviç, 16-pen.
 
Empoli – Bolonya 4:2
Qol: Bonifazi, 1-öz qapısına. Pinamonti, 32. Bayrami, 54-pen. Riççi, 90 – Barrov, 11. Arnautoviç, 77.
 
Latsio – Roma 3:2
Qol: Milinkoviç-Saviç, 10. Pedro, 19. F.Anderson, 63 – İbanes, 41. Veretu, 69-pen.
 
Napoli – Kalyari 2:0
Qol: Osimhen, 11. İnsinye, 57.
 
 


Digər xəbərlər

Xəbər xətti