İspaniya çempionatı: "Barselona"dan darmadağın - VİDEO

Sportarena.az      27 Sentyabr 2021 , 11:01
Futbol üzrə İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.
 
Beş qolun qeydə alındığı “Malyorka” – “Osasuna” matçı qonaqların qələbəsiylə yekunlaşıb.
 
“Rayo Valyekano” “Kadis”i, “Real Sosyedad” “Elçe”ni, “Betis” isə “Xetafe”ni məğlub yola salıb.
 
Mövsümə uğursuz start verən və 7-ci pillədə yer alan “Barselona”nın rəqibi “Levante” olub. Kataloniya təmsilçisi bu oyunda darmadağına sevinib.
 
İspaniya La Liqası
7-ci tur
25 sentyabr
 
Alaves – Atletiko 1:0
Qol: Laquardiya, 4.
 
Valensiya – Atletik 1:1
Qol: M.Andre, 90+5 – Martines, 69.
 
Sevilya – Espanyol 2:0
Qol: En Nesiri, 13. Mir, 87.
 
Real – Vilyarreal 0:0
 
26 sentyabr
 
Malyorka – Osasuna 2:3
Qol: D.Rodriqes, 11. Nino, 45+4 – Kote, 9. İ.Peres, 58. Martines, 88.
 
Barselona – Levante 3:0
Qol: Depay, 6-pen. De Yonq, 14. Fati, 90+1.
 
Rayo Valyekano – Kadis 3:1
Qol: A.Qarsiya, 9. Falkao, 44. Palazon, 87 – Haroyan, 23.
 
Real Sosyedad – Elçe 1:0
Qol: Oyarzabal, 81.
 
Betis – Xetafe 2:0
Qol: V.Xose, 14; 55
 
 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin