"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu Sezer Öztürk adam öldürüb.
Sportarena.az xəbər verir ki, hadisə 19 sentyabr tarixindən baş verib. Keçmiş futbolçu maşınına yol verməyən sürcü ilə mübahisə edib.
Daha sonra o silahla həmin şəxsə və onun ailə üzvlərinə atəş açıb. Nəticədə Halil İbrahim adlı vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Sezer Öztürk dərhal hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, Sezer Öztürk 2011-2013-cü illərdə "Fənərbaxça"da, 2013-2016-cı illərdə isə "Beşiktaş"da çıxış edib.