“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçevç yenidən Azərbaycana Premyer Liqasında oynaya bilər.
“Levski”də çıxış edən 27 yaşlı futbolçu qışda yenidən Azərbaycan klublarından birinə keçə bilər.
2018/2019 mövsümündə “Qarabağ”da çıxış etmiş 27 yaşlı bolqar Ağdam klubunda qalıcı ola bilməmişdi. Ölkəsinə qayıdan futbolçunun “Levski”də də işlərinin qaydasında getdiyini demək çətindi. Dayaq yarımmüdafiəçi yenidən ölkə xaricinə yollanmaq istədiyini bildirib. O, qışdan sonra yenidən Azərbaycan çempionat çıxış edə bilər.
Menecer vasitəsilə həyata keçiriləcək təkliflərdən hansını qəbul edəcəyi və hansı klubumuza keçəcəyi isə hələ ki, dəqiq bilinmir. (sportal)