Azərbaycanın şahmat üzrə qadınlardan ibarət millisi dünya çempionatında mübarizəyə başlayıb.
Sportarena.az xəbər verir ki, İspaniyanın Sidjes şəhərində təşkil olunan yarışda Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət kollektiv iştirak edir. Komanda A qrupunda ilk görüşündə Hindistanla qarşılaşıb və 2:2 hesablı heç-heçə edib. İlk turda Z.Məmmədyarova istirahət edib.
Qeyd edək ki, Azərbaycan yığması 2-ci turda Ermənistanla üz-üzə gələcək.
Dünya çempionatı
A qrupu
1-ci tur
Azərbaycan - Hindistan - 2:2
Günay Məmmədzadə - Xarika Dronavali - 0:1
Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1
Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0
Türkan Məmmədyarova - Bxati Kulkarni - 1:0