Gənclər və idman naziri Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

Sportarena.az      28 Sentyabr 2021 , 12:39

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub.

 

Sportarena.az xəbər verir ki, Qayıbov stend və güllə atıcılığı üzrə yığma komandaların üzvləri ilə görüşüb, onların məşq proseslərini izləyib, problemlərini dinləyib.

 

Federasiyasının baş katibi Emin Cəfərov nazirə qurumun fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

 

Görüşdə federasiya İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Zemfira Meftahəddinova və güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, olimpiya mükafatçısı İradə Aşumova iştirak ediblər.

 

Daha sonra nazir Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maddi-texniki bazasına baxış keçirib. Kompleksin şəraiti və fəaliyyəti ilə maraqlanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin