"Legiya" azarkeşləri klubda çıxış edən legionerlərin Polşa çempionatının 9-cu turunda "Rakuv"la matçdakı oyununu qiymətləndiriblər.
Sportarena.az xəbər verir ki, legia.net-də keçirilən səsvermədə ən yüksək xalı millimizin üzvü Mahir Emreli toplayıb. O, sözügedən görüş üçün 6.53 xalla legionerlər arasında ən yaxşı oyunçu seçilib.
Qeyd edək ki, M.Emreli 2:3 hesabı ilə uduzduqları görüşdə mükəmməl qol vurub.