İngiltərə milli komandasının və “Liverpul” klubunun keçmiş futbolçusu Rocer Hant vəfat edib.
Sportarena.az xəbər verir ki, keçmiş hücumçu 83 yaşında həyatla vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
1958-1969-cu illərdə “Liverpul”un formasını geyinən Hant 244 qol vurmağı bacarıb. İki dəfə İngiltərə çempionu olmuş mərhum futbolçu, 1966-cı ildə keçirilən dünya çempionatının qalibi olub.