"Beşiktaş"a qol vuran futbolçu ÇL-in tarixinə düşdü

00:35 29 Sentyabr 2021

Çempionlar Liqası qrup mərhələsinin 2-ci turu çərçivəsində "Ayaks" öz meydanında "Beşiktaş"ı qəbul edib.

 

Sportarena.az xəbər verir ki, ilk hissə meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Amsterdan təmsilçisinin ikinci qolunun müəllifi Sebastien Alle Çempionlar Liqasının tarixinə düşüb. O, bu turnirdə meydana çıxdığı ilk iki oyunda 5 qol vuran ilk futbolçu olub.

 

Qeyd edək ki, 27 yaşlı forvard 1-ci turda "Sportinq"lə oyunda (5:1) 4 qol vurmuşdu.

 

Sebastien Alle "Ayaks"a yay fasiləsində İngiltərənin "Vest Hem" klubundan keçib.


Digər xəbərlər

Xəbər xətti