"Beşiktaş" Çempionlar Liqası qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə "Ayaks"la qarşılaşıb.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşdə millimizin keçmiş futbolçusu Berkay Vardar da iştirak edib. 18 yaşlı müdafiəçi 73-cü dəqiqədə Umut Meraşı əvəzləməklə Çempionlar Liqasında debüt edib.
Qeyd edək ki, Berkay Vardar Azərbaycanın U-17 və U-19 milli komandalarında çıxış edib.