Lionel Messi rekorda imza atdı

11:40 29 Sentyabr 2021

Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Mançester Siti”ni qəbul edən PSJ-nin 2:0 hesabı ilə qalib gəlib.

Sportarena.az xəbər verir ki, parislilərin qollarından birinin müəllifi Lionel Messi olub. Argentinalı dünənki matçda qol vurmaqla ÇL tarixi ərzində ardıcıl 17 mövsüm qol vuran 2-ci futbolçu kimi tarixə keçib.

​Messidən əvvəl “Real”ın forvardı Kərim Benzema bu rekorda imza atmışdı.


Xəbər xətti