Fransa yığmasının sabiq yarımmüdafiəçisi Stiven Nzonzi Qətərdə çıxış edəcək.
Sportarena.az xəbər verir ki, "Roma"dan ayrılan 32 yaşlı bu ölkənin “Əl-Rayyan” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Nzonzi 2018-ci ildən “Roma”da çıxış edirdi. Komandada möhkəmlənə bilməyən fransız futbolçu 2019/20 mövsümündə “Qalatasaray”da, ötən mövsüm isə “Renn”də icarə əsasında oynayıb.