"Real" - "Şerif" matçının ən yaxşısı seçildi

12:38 29 Sentyabr 2021

Çempionlar Liqasının 2-ci tur çərçivəsində “Şerif” səfərdə “Real”a qalib gəlib.

Sportarena.az xəbər verir ki, Madriddə keçirilən matçda oyunun ən yaxşısının adı da bəlli olub. Belə ki, Tiraspol təmsilçisinin qolkiperi Georgios Atanasiadis “matçın futbolçusu” seçilib.

​Yunan qapıçı “Real”la matçda 11 “seyv” edib və yalnız 1 qol buraxıb. 28 yaşlı qapıçı “Pantrakikos”, “Asteras” klublarında çıxış edib. 2021-ci ildə isə kiper AEK-dən icarəyə götürülüb.


Digər xəbərlər

Xəbər xətti