Dünya çempionatı: Şahmat millimiz 1/4 finala yüksəlib

11:19 30 Sentyabr 2021

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan komanda A qrupundakı sonuncu - 5-ci görüşündə İspaniya ilə qarşılaşıb və 3,5:0,5 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrupda 4-cü yeri tutub və 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.

29 sentyabr

Azərbaycan - İspaniya - 3,5:0,5

Günay Məmmədzadə - Anna Matnadze - 0,5:0,5

Gülnar Məmmədova - Sabrina Veqa Qutiyeres - 1:0

Ülviyyə Fətəliyeva - Mariya Floris - 1:0

Türkan Məmmədyarova - Marta Qarsiya - 1:0

Xal durumu: Rusiya - 10, Hindistan - 7, Ermənistan - 5, Azərbaycan - 4, Fransa - 2, İspaniya - 2.


Digər xəbərlər

Xəbər xətti