Litvada keçirilən futzal üzrə Dünya çempionatının ilk finalçısı məlum olub.
Sportarena.az xəbər verir ki, yarımfinalın ilk matçında Argentina və Braziliya yığmaları üz-üzə gəlib. Konstantino Vaporaki və Kristian Borrutonun qolları ilə önə keçən argentinalılar sonradan 1 qol buraxsa da, finala çıxmağı bacarıb - 2:1.
Argentina finalda Qazaxstan - Portuqaliya matçının qalibi ilə qarşılaşacaq. Həmin yarımfinal görüşü sentyabrın 30-da baş tutacaq.