Çempionlar Liqasının 2-ci turunun ən yaxşı oyunçusu məlum olub.
Sportarena.az xəbər verir ki, “Şerif”in qapıçısı Yorqos Atanasiadis UEFA-nın səsverməsinə əsasən ən yaxşı oyunçu seçilib.
ÇL-in 2-ci turunda “Real”a qarşı oyun ərzində 11 “seyv” edən yunan qapıçı ən yaxın izləyicisi olan Milan Şkrinyarı qabaqlaya bilib.
"Benfika"nın forvardı Darvid Nunyes, “Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane də səsvermədə Atanasiadisə çata bilməyib.