Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə "Lester"ini qəbul edirb Start heyəyətdə meydana çıxan Emreli görüşün 31-ci dəqiqəsində hesabı açıb. Bu, oyunda yeganə qol olub. Beləliklə, 24 yaşlı hücumçu komandasına vacib qələbə qazandırıb.
Mahir Emreli matçın 83-cü dəqiqəsində əvəzlənib. O, meydanı tərk edərkən rəqib futbolçusu Meddinsonla mübahisə edib və hakim hər iki oyunçuya sarı vərəqə göstərib.
Qrupun digər matçında Moskva "Spartak"ı səfərdə "Napoli"yə qalib gəlib - 3:2.
Qeyd edək ki, ilk turda "Spartak"ı 1:0 hesabı ilə məğlub edən "Legiya" hazırda 6 xalla C qrupunda liderdir.
30 sentyabr
20:45. "Legiya" (Polşa) - "Lester" (İngiltərə) - 1:0
Qol: Mahir Emreli, 31
"Napoli" (İtaliya) - "Spartak" (Moskva, Rusiya) - 2:3
Qollar: Elmas, 1 (1:0), Promes, 55 (1:1), İqnatov, 81 (1:2), Promes, 90 (1:3), Osimhen, 90+4 (2:3)