Mahir Emrelinin geyindiyi köynək satışa çıxarıldı - FOTO

16:15 1 Oktyabr 2021

Mahir Emrelinin "Lester"lə oyundan sonra müsahibə verərkən geyindiyi köynək gündəm olub.

 

Sportarena.az xəbər verir ki, köynəyin üzərində oyunun hesabının yazılması maraqla qarşılanıb. Qısa vaxt ərzində hesabın əks olunduğu geyimin hazırlanması müzakirələrə səbəb olub.

 

Bunu nəzərə alan "Legiya" klubu həmin köynəyi rəsmi mağazalarında satışa çıxarıb. Köynəklərin qiyməti 89 Polşa zlotu (38 manat) təşkil edir.

 

Qeyd edək ki, "Legiya" - "Lester" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Varşava təmsilçisinin yeganə qolunu Mahir Emreli vurub.



Digər xəbərlər

Xəbər xətti