Futzal üzrə Yüksək Liqada yeni mövsümə start verildi

09:47 2 Oktyabr 2021

Futzal üzrə Yüksək Liqada 2021/2022 mövsümünə start verilib.

 

Sportarena.az xəbər verir ki, açılış turunun bütün oyunları eyni gündə və Bakı İdman Sarayında keçirilib.

 

İlk oyuna saat 12:00-da start verilib. Mövsümün açılış matçında “Neftçi” İK və EKOL komandaları qarşılaşıb. 11 qolluq qarşılaşma EKOL-un qələbəsiylə yekunlaşıb.

 

Altı qolun qeydə alındığı “Record club.az” – “Araz” duelində isə Naxçıvan təmsilçisi qələbə qazanan tərəf olub.

 

“Alyans” (Lənkəran) – “Baku Fire” matçı daha məhsuldar alınıb. 18 qolun vurulduğu görüşdə “Baku Fire” qələbə qazanan tərəf olub.

 

Turun son matçında Azərbaycanın U-19 millisi “Xilə” ilə qarşılaşıb. 10 qolun qeydə alındığı görüş yığma komandanın məğlubiyyəti ilə başa çatıb.

 

Yüksək Liqa, 1-ci tur

U-19 – Xilə (2:1) 4:6

Bakı İdman Sarayı. Saat 18:00

Hakimlər: Etibar Həsənov, Rza Məmmədov, Ziya Nəsirov

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Nurlan Məmmədov, 03:48, 33:31, Xəzər Ağalızadə, 08:05, Fuad Məmmədzadə, 38:43 // Tofiq Əliyev, 11:25, 24:41, 26:28, Fərid Səmədzadə, 26:50, Nahid Zülfüqarov, 32:02, Tural Lətifov, 34:36

Sarı vərəqə: Asiman Yusubov, 3:54

Qırmızı vərəqə: Asiman Yusubov, 10:01 (ikinci sarı vərəqə)

 

Alyans (Lənkəran) – Baku Fire (3:4) 8:10

Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Ziya Nəsirov, Etibar Həsənouv, Rza Məmmədov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Rüstəm Bağırzadə, 8:32, 35:10, 39:48, Oktay Rüstəmli, 15:41, 38:07, Nurlan Fərəcli, 16:05, 27:50, 28:12 // Elşən İbrahimxəlilov, 9:12, Hüseyn Qarayev, 11:35, Renat Sultanov, 12:47, Amil Əlimirzəyev, 16:21, İbrahim Zeynalov, 23:50, Rasif Səfiyarov, 26:48, 31:21, Elvin Quliyev, 28:24, 37:08, Elgün Rzayev, 35:01

Sarı vərəqələr: Nurlan Fərəcli, 17:14, Tofiq Məlikov, 37:39 // Kamran Hacıyev, 27:10

 

Record club.az – Araz-Naxçıvan (1:1)  2:4

Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Hikmət Qafarlı

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Matin Qahremani, 6:19, Alireza Bohlouli, 30:05 // Ramiz Çovdarov, 10:20, 35:40, Maneka, 28:16, 34:16

Sarı vərəqələr: Alireza Bohlouli, 11:15, Mehrdad Sadeghi, 30:24 // Maneka, 08:29, Xətai Bağırov, 11:15, Ramiz Çovdarov, 20:52, Rövşən Hüseynli, 30:03, Felipinyo, 33:35

Qırmızı vərəqə: Felipinyo, 39:39 (ikinci sarı vərəqə)

 

Neftçi İK – EKOL (0:4) 2:9

Bakı İdman Sarayı. Saat 12:00 

Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Məhəmməd Bədəlbəyli, 32:26, Vahib Xocayev, 33:16 // Namiq Məmmədkərimov, 1:53, 22:20, Faiq Əliyev, 8:22, 13:58, Fərid Atakişiyev, 11:41, 24:34, 31:03, Tofiq Mikayılov, 27:09, Samir Həmzəyev, 32:09

Sarı vərəqələr: Vahib Xocayev, 7:22


Xəbər xətti