Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun görüşləri davam edir.
Sportarena.az xəbər verir ki, final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla ABŞ təmsilçisi Hikaru Nakamura arasındakı görüş başa çatıb. 5-ci partiyada rəqibini məğlub edən Məmmədyarov yekunda 3:2 hesablı qələbə qazanıb.
Teymur Rəcəbov isə ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.