Canni De Byazi 5 futbolçunu milliyə çağırdı

12:22 2 Oktyabr 2021

Millimizin baş məşqçisi Canni De Byazi bir müddətdir yığmaya çağırılmayan 3 futbolçuya yenidən dəvət göndərib.


Sportarena.az xəbər verir ki, bunlar Araz Abdullayev (“Etnikos”, Kipr), Renat Dadaşov (“Tondela”, Portuqaliya) və Bəxtiyar Həsənalızadədir (“Sabah”).

 

Bu futbolçular DÇ-2022-nin seçmə mərhələsində oktyabrın 9-da Bakıda İrlandiya, oktyabrın 12-də isə Belqradda Serbiya millisi ilə keçiriləcək oyunlar üçün yığmaya dəvət alıb.

Həsənalızadə son dəfə 2018, Abdullayev və Dadaşov isə 2020-ci ildə yığmaya dəvət alıb. Digərlərindən fərqli olaraq Bəxtiyar millidə debüt etməyib.

Həmçinin, De Byazi bu ilin avqustunda yoxlama xarakterli təlim-məşq toplanışına dəvət etdiyi Murad Xaçayev (“Sumqayıt”) və  Rövlan Muradova (“Qəbələ”) yenidən debüt şansı verib. Bu futboolçular sentyabrdakı yekun heyətdən çıxarılmışdı. 


Digər xəbərlər

Xəbər xətti