Mahir Emreli ən çox qol vuran futbolçular siyahısında qərarlaşıb

14:15 2 Oktyabr 2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda "Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli də var. 24 yaşlı hücumçu il ərzində "Qarabağ" və "Legiya"nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42 - 48-ci pillələri bölüşdürür.

 

2021-ci il üzrə ən çox qol vuran futbolçu “Bavariya”nın hücumçusu Robert Levandovskidir. Polşalı forvard 50 qola imza atıb. "Borussiya"dan (Dortmund) Erlinq Holann (41) ikinci, "Barselona"dan PSJ-yə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.


Digər xəbərlər

Xəbər xətti