Kriştiano Ronaldo "Mançester Yunayted"in ən yaxşı futbolçusu seçilib

14:32 2 Oktyabr 2021

İngiltərərnin "Mançester Yunayted" klubunda sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ötən ayın ən yaxşısı Kriştiano Ronaldo seçilib. Portuqaliyalı ulduz klubun saytında azarkeşlər arasında keçirilmiş sorğuda ən çox səs toplayıb.

 

Qeyd edək ki, 36 yaşlı hücumçu sentyabr ayı ərzində "Mançester Yunayted" forması ilə meydana çıxdığı 5 oyunda 5 qol vurub.


Digər xəbərlər

Xəbər xətti