Ötən tur Azərbaycan çempionatında 422-ci oyununa çıxaraq mütləq rekorda imza atan Rahid Əmirquliyev mükafatlandırılıb.
Sportarena.az xəbər verir ki, Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” görüşündən öncə keçirilən mükafatlandırma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Səbail” PFK-nin Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və klubun icraçı-direktoru Fərəc Əliyev iştirak edib.
Futbolçuya PFL-in xatirə hədiyyəsini təqdim edən PFL prezidenti ona gələcək karyerasında uğurlar arzulayıb.
Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib.