"Daha da inkişaf edə bilərik" - "Qəbələ"nin baş məşqçisi

01:12 4 Oktyabr 2021

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı mütəxəssis oyunu şərh edib:

 

“Çempionatın liderinə qarşı oynayacağımızı bilirdik. “Qarabağ” oturuşmuş heyətə malikdir və hər bir komandaya qarşı dominant futbol nümayiş etdirir. Bizim də bu oyunla bağlı öz planımız var idi. Komanda verilən tapşırıqların öhdəsindən zaman-zaman gəlirdi. Futbolçuların çıxışından razı qaldım. İnanıram ki, get-gedə daha da inkişaf edə bilərik. Qaçırılan qol imkanına qırılma nöqtəsi deməzdim. “Qarabağ” çox şans vermir. Bunu dəyərləndirsəydik, rəqibi daha çox təzyiq altında saxlaya bilərdik. Qarşıdakı matçlarda belə şansları dəyərləndirə biləcəyimizə inanıram. Ehtiyat qüvvəmiz az olduğundan rotasiya etməkdə çətinlik çəkirik. Amma komanda meydanda mən istədiyimi verir. Futbolçuların oyundankənar vəziyyətə düşməsi normal haldır. “Qarabağ”ın müdafiəçilərinin ustalığı sayəsində onlar ofsayda düşürdü”. 


Digər xəbərlər

Xəbər xətti