Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı reallaşıb.
Sportarena.az xəbər verir ki, "Antalyaspor" klubu Ərsun Yanalla yollarını ayırıb. Buna səbəb komandanın uğursuz nəticələridi. 8-ci turda doğma meydanda "Adana Dəmirspor"a 1:2 hesablı məğlubiyyətdən sonra Antanya təmsilçisinin rəhbərliyi 59 yaşlı mütəxəssisin vəzifəsinə son verib.
Qeyd edək ki, Ərsun Yanal 2020-ci ildən Super Liqa təmsilçisinin baş məşqçisi idi.
"Antalyaspor" 8 turdan sonra 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.