Güləşçimiz bürünc medal qazandı

11:48 5 Oktyabr 2021

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq.) Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

 

Sportarena.az xəbər verir ki, onun rəqibi Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub. Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Daha əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib.


Xəbər xətti