AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Masallıda olub

12:25 5 Oktyabr 2021

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov növbətini səfərini Masallı rayonuna edib.

 

Sportarena.az xəbər verir ki, futbol veteranları Samir Əliyev və Vüqar Nadirovla birgə icraçı vitse-prezident Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

 

Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib. Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar.

 

Tədbirin sonunda simvolik oyun keçirilib.


Digər xəbərlər

Xəbər xətti