İrlandiya millisi Azərbaycanla oyuna itkilərlə hazırlaşır

15:00 5 Oktyabr 2021

Azərbaycan millisinin DÇ-2022-yə seçmə mərhələdəki rəqibi İrlandiya matç üçün hazırlıqlara başlayıb.

 

Sportarena.az xəbər verir ki, rəqibin heyətində ciddi itkilər var. Şeyn Daffi ailəsindəki itki səbəbindən hazırlıq posesini buraxıb. Hücumçu Aaron Dafi isə xəstədir. Ancaq onların hər ikisinin Bakıya səfərdən əvvəl komandaya qoşulacağı xəbər verilir. 

 

Oyun oktyabrın 9-u Bakı Olimpiya Stadionunda  20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti