Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Qazaxıstan – Türkiyə oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 12-si Qazaxıstanın Karaqanda şəhərindəki "Şaxtyor" stadionda keçiriləcək.