"Futbolumuzla bağlı hər məsələdə Qurban Qurbanovun fikrini dinləmək lazımdır" - VİDEO

18:02 5 Oktyabr 2021

Azərbaycanın ən baxımlı telekanallarından olan ATV-də "Futbolumuz" verilişinin növbəti buraxılışı olub.

 

Sportarena.az xəbər verir ki, Aparıcı Oqtay Atayevin qonaqları qol.az saytının rəhbəri Aydın Bağırov və proqramın daimi eksperti Emin Abbasov olublar.

 

Verilişdə Azərbaycan futbolunun necə inkişaf etdirilməsi ilə bağlı müzakirələr gedib. Belə bir fikir səsləndirilib ki, bu məsələlərdə ölkəmizdə ən çox uğur qazanmış mütəxəssis olan Qurban Qurbanovun fikirlərini dinləmək doğru olar. 

 

 


Xəbər xətti