İtaliyanın Olbia şəhərində cüdo üzrə gənclər arasında keçirilən dünya çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Turan Bayramov final görüşünə çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gəlib. Bayramov rəqibinə ipponla uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qadın cüdoçu Səbinə Əliyevaisə bürünc medal görüşünə çıxıb. 52 kq-da yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada isveçrəli Binta Ndiaye ilə üz-üzə gəlib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən qızıl xal bölümünə keçilib. Burada ipponla uduzan Əliyeva 5-ci yeri tutub.