"Qəbələ"nin zədəli futbolçusu Rüfət Əhmədov cərrahi əməliyyatla üzləşib.
Sportarena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Almaniyada diz bağlarından uğurlu əməliyyat olunub.
19 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycana qayıdacaq və bərpa prosesinə başlayacaq. Onun azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir.