DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, öncə milli komandamızın baş məşqçisi Canni De Byazi media nümayəndələrinin qarşısına çıxacaq.
8 oktyabr
Azərbaycan milli komandası
11:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Dalğa Arena)
17:00. Mətbuat konfransı (Bakı Olimpiya Stadionu)
İrlandiya milli komandası
18:00. Mətbuat konfransı
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: İrlandiya millisinin məşqi və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.