Millimizin təxirə salınmış oyunu ilə bağlı AFFA və UEFA arasında məsləhətləşmələr aparılır

15:29 7 Oktyabr 2021

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.
 

Sportarena.az xəbər verir ki, Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.

 

Millimizin seçmə mərhələdə keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır və qəbul olunacaq yekun qərar barədə oktyabrın 8-də məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti