Üç güləşçimiz dünya çempionatında medal görüşünə çıxır

11:58 8 Oktyabr 2021

Norveçin paytaxtı Oslodakı güləş üzrə dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, bu gün 3 güləşçimiz mübarizəyə qoşulacaq. Murad Məmmədov, Murad Lokyayev və Beka Kandelaki döşəkçə üzərinə çıxacaq.

 

Daha 3 güləşçimiz isə həlledici qarşılaşmalarını keçirəcək. Eldəniz Əzizli bürünc medal üçün yarışacaq. Sənan Süleymanovla Rafiq Hüseynov isə qızıl medal qazanmağa çalışacaqlar.

60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)

97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)

130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)

Medal görüşləri

55 kq

Bürünc medal görüşü: Eldəniz Əzizli - Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə)

77 kq

Final: Sənan Süleymanov - Roman Vlasov (Rusiya)

82 kq

Final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə)


Xəbər xətti