İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşısı bəlli olub.
Sportarena.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo ötən ayın ən yaxşısı seçilib.
Forvard ötən ay Premyer Liqada 3 qol vurub. Ronaldo "Nyukasl"la (4:1) matçda dubl edibsə, "Vest Hem"ə (2:1) 1 qol vurub.