Canni de Byazi: "Mahir Emrelidən qol gözləyirik, məniim vaxtımda millidə qol vurmayıb"

18:10 8 Oktyabr 2021

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında danışıb. Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis sabahkı matçla bağlı pozitiv danışıb:

- İrlandiya ilə matçda məqsəd nədən ibarət olacaq?
- Komandada atmosfer yaxşıdı, uşaqlar mübarizəyə hazırlaşır. Təbii ki, itkilərimiz də oldu. Ümumilikdə uşaqların yaxşı hazırlaşdığını deyə bilərəm. Komandadan razıyam. İrlandiya matçından pozitiv nəticə gözləyirəm. Dublində 2 xal itirmişdik. Sabahkı oyunda bunu düzəltməyə çalışacağıq.

- Renat Dadaşov və Araz Abdullayevi milliyə qaytardınız. Onlar sabah oynayacaq?
- Araz yaxşı mənada, dəyişib, böyüyüb. Məni çox təəccübləndirib. Ona ümid etmək olar. Renat isə ciddi zədədən sonra qayıdıb. Renat gəncdi, imkan düşən kimi ona da şans verəcəyik.

- Qarşıdakı 2 oyun sizin üçün də vacibdi. Hər hansı təzyiq hiss edirsiz?
- Xeyr, təzyiq yoxdu. Mənim 30 illik iş təcrübəm var. AFFA işimi qiymətləndirib, qərar verəcək, 14 ayda nə etdiyimizə baxacaq. 16 oyundan 13-nü səfərdə keçirmişik. Bu da xüsusi haldı. Komanda inkişaf edir.

- Rəqibin heyətində hansı oyunçudan ehtiyat edirsiniz?
- İrlandiyanın güclü komandası var. Əksər futbolçular İngiltərədə oynayır. Dublindəki oyunun 1-ci hissəsindəki oyunumuzu oynaya bilsək, bizim yaxşı şansımız olacaq. Sadəcə standart vəziyyətlər zamanı ehtiyatlı olmaq lazımdı.

- “Beşiktaş”da çıxış edən Berkay Vardarla maraqlanırsınız?
- Əlbəttə ki, izləyirik. Onu yaxşı tanıyıram. Bu cür futbolçukarımız azdı. Hər şeyin zamanı var. Zamanı gələndə onu da dəvət edəcəyik. Oyunçularımız xaricə yollanmağa başlayıb. Bu da pozitiv prosesdi. Bizim futbolçularla maraqlanmağa başlamaqları da xoşdu. Onlar cəmi 2 aydır ki, legioner həyatına başlayıb. Bu isə həm milli, həm də Azərbaycan futbolu üçün xüsusi haldı. Mahir Emrelidən qol gözləyirik. Klubda qollarını vurur, sadəcə mənim vaxtımda millidə hələ qol vurmayıb.


Digər xəbərlər

Xəbər xətti