Stiven Kenni: "Azərbaycanla matçda oyunumuzla qələbəyə layiq olmalıyıq"

19:24 8 Oktyabr 2021

İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunundan əvvəl təşkil olunan mətbuat konfransında danışıb. Sportarena.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Kenni oyunöncəsi heç bir təzyiq olmadığını bildirib.

- Oyundan öncə hər hansı təzyiq hiss edirsiz?
- Yazılanların hamısına inanmayıb. Heç təzyiq yoxdu. Biz yaxşı hazırlaşmışıq. Serbiya ilə heç-heçə bizə inam verdi. Bu inam bizə qələbə qazandırmalıdı.

- Koronavirusa görə 2 futbolçunuzu itirmisiz?
- Hər iki futbolçumuz özünü yaxşı hiss edir. Heç biri virusa yoluxmayıb. Onların oynayıb-oynamayacağına qərar verəcəyik.

- Azərbaycan millisinin futbolçuları barədə hansı fikirdəsiniz?
- Azərbaycanın bütün oyunlarına baxmışıq. Portuqaliya və Serbiya çətinliklə minimal hesabla qalib gəldi Azərbaycana. Sabahki matçda oyunumuzla qələbəyə layiq olmalıyıq. Qalib gələ biləcəyimizə inanıram.


Digər xəbərlər

Xəbər xətti