Yunan-Roma güləşçimiz Rafiq Hüseynov dünya çempionu oldu

09:48 9 Oktyabr 2021

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.


Sportarena.az xəbər verir ki, 82 kq çəki dərəcəsindəki  33 yaşlı idmançımız Burhan Akbudakla (Türkiyə) üz-üzə gəlib.


Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.

 

O, qızıl medal qazandıqdan sonra qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib.

 

Hüseynov 1/16 finalda Ranet Kaljola (Estoniya) 9:0, 1/8 finalda - Kalidin Asikayevə (Qırğızıstan) 11:1, 1/4 finalda Aleks Kessidis (İsveç) 7:6, yarımfinalda isə Adlan Akiyev (Rusiya) 2:1 hesabı ilə qalib gəlmişdi.


Xəbər xətti