"Qəbələ"nin sabiq futbolçusu həbs olundu

13:52 9 Oktyabr 2021

Ölkəmizdə “Qəbələ” və “İnter”də (İndiki “Keşlə”) çıxış etmiş Nika Kvekveskiri Polşada həbs olunub.

Sportarena.az xəbər verir ki, “Lex”in gürcüstanlı yarımmüdafiəçi sərxoş vəziyyətdə avtomobil sürüb. Buna görə də polis onu həbs edib. 29 yaşlı oyunçu ilə bağlı cinayət işi açılıb.

 

Qeyd edək ki, Nika Kvekveskiri  2015-16 mövsümündə “İnter”də 2016-17 mövsümündə isə “Qəbələ”də çıxış edib.


Xəbər xətti