Eldəniz Əzizli tarixə düşdü

Sportarena.az      9 Oktyabr 2021 , 16:29

Norveçin paytaxtı Oslodakı dünya çempionatında qazandığı bürünc medal Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, 55 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı güləşin bu növü üzrə Avropa və dünya çempionatlarında əldə etdiyi mükafatların sayını 8-ə çatdırıb.

 

Bu, Azərbaycanın yunan-Roma güləşçiləri arasında ən yüksək göstəricidir.

 

Qeyd edək kiI, Eldəniz Əzizli 2018-ci ildə həm Avropa, həm də dünya çempionu olub. Onun aktivinda 2 dünya və 4 Avropa üçüncülüyü də var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin