Yunan-Roma güləşçilərimiz dünya çempionatını 4 medalla başa vurdu

Sportarena.az      11 Oktyabr 2021 , 00:19

Azərbaycan yunan-Roma güləşçiləri Norveçin paytaxtı Oslodakı dünya çempionatındakı çıxışını başa vurub.  


Sportarena.az xəbər verir ki, idmançılarımızdan Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxıb. 67 kq çəki dərəcəsində yer alan 19 yaşlı pəhləvanın rəqibi Gürcüstan təmsilçisi Ramaz Zoifze olub. Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.


Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası dünya çempionatını 4 medalla başa vurub. Daha əvvəl Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin