Serbiya – Azərbaycan oyununun hakimləri açıqlandı

00:28 11 Oktyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Serbiya - Azərbaycan matçı üçün hakim təyinatları açıqlanıb.

Sportarena.az xəbər verir ki, görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Erik Lambrekts olacaq. Ona yan xətdə Rien Vanizer və Jo De Vayrdt kömək edəcək. Natan Verboomen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.. 

Qeyd edək ki, oktyabrın 12-də Belqraddakı Rayko Mitiç (“Marakana”) stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Xəbər xətti