Kriştiano Ronaldo 1 oyunda 2 rekorda imza atıb

Sportarena.az      11 Oktyabr 2021 , 01:41

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Qətərlə yoldaşlıq oyununda (3:0) yeni rekordlara imza atıb.

Sportarena.az xəbər verir ki, 36 yaşlı hücumçu yığmada 181-ci oyununa çıxıb. Bu, Avropada rekord göstəricidir.  O, İspaniya millisinin kapitanı Serxio Ramosu qabaqlayıb.

 

Bu göstəricidə dünya üzrə rekord malayziyalı hücumçu Çox Çin Auna məxsusdur. O, millinin heyətində 195 oyun keçirib.

Eyni zamanda Ronaldo milli komandanın heyətində 46-cı müxtəlif yığmanın qapısına qol vurub. Bu da dünya rekordudur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin