İtaliya millisinin qapıçısı Canluici Donnarumma son 56 ildə komandanı meydana çıxaran ən gənc kapitan kimi tarixə düşüb.
Sportarena.az xəbər verir ki, o, buna Millətlər Liqasında 3-cü yer uğrunda mübarizədə Belçika ilə görüşdə nail olub. Nəticədə 22 yaş 7 ay 15 günlüyündə olan Donnarumma 1965-ci ildən etibarən yığmanın ən gənc kapitanı adını qazanıb.