Rui Koşta klub prezidenti seçilib

02:50 11 Oktyabr 2021

“Benfika”nın yeni prezidenti müəyyənləşib.

Sportarena.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb.

 

Komandanın keçmiş futbolçusu Rui Koşta kluba rəhbərlik edəcək. O, seçkidə 84,45 faiz səs toplayaraq, “Benfika”nın sayca 34-cü prezidenti seçilib.

Qeyd edək ki, Rui Koşta futbolçu karyerası ərzində Portuqaliya millisi və “Benfika”, “Fiorentina”, “Milan” kimi klublarda çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti