Oktyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov, ataşe Nikita Baraz, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, 3-cü katib Ono Taiçi və səfirliyin əməkdaşı Aysel Məmmədli ilə görüşüb.
Sportarena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən görüşlərdə həm Rusiya, həm də Yaponiya ilə ikitərəfli əlaqələrinin əhəmiyyəti vurğulanıb, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşlər zamanı Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarında və Rusiyanın Kazan şəhərində təşkil edilmiş Birinci MDB Oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə danışan nazir Fərid Qayıbov hər iki yarışın yüksək səviyyədə təşkil olunmasını vurğulayıb.